AZ

Qərəzdə sərhəd tanımayan siyasi DAVRANIŞ: Qərb və Şvabenin xristian səlibçilik və İslamofob mahiyyəti

Noyabr ayında Azərbaycan beynəlxalq diqqət mərkəzində olacaq böyük bir tədbirə – COP29 sammitinə ev sahibliyi edəcək. Bu sammit qlobal iqlim dəyişiklikləri və davamlı inkişaf məsələlərinin müzakirə olunacağı mühüm bir platformadır. Lakin bu əhəmiyyətli tədbir öncəsi Qərb dairələrində Azərbaycana qarşı şübhəli təzyiqlərin artdığı müşahidə edilir. Bu təzyiqlərin mərkəzində Almaniya Bundestaqının Sosial-Demokrat Partiyasından olan üzvü Frank Şvabe dayanır.

Frank Şvabe AŞPA-dakı sosial-demokratlar qrupunun və Almaniyanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri kimi tanınır. Lakin onun siyasi karyerasının anti-Azərbaycan, anti-türk və anti-İslam tezisləri üzərində qurulması, onun Azərbaycana qarşı ittihamlarının ciddiyyətini sual altına qoyur. Şvabe COP29 öncəsi Azərbaycanda “siyasi məhbus” probleminin olduğunu qərəzli şəkildə iddia edib. Bu iddia onun Azərbaycanın siyasi vəziyyətinə dair mənfi təsir yaratmaq cəhdlərinin bir parçası kimi görünür.

Frank Şvabenin iddialarının təhlili onun Azərbaycanın siyasi mənzərəsini təsvir etməkdəki obyektivliyini sual altına alır. Şvabe ölkədə “siyasi məhbuslar” iddiası qərəzdən qaynaqlanır. Hökumət onun siyasi məhbus kimi qələmə verdiyi şəxslərin konkret cinayət əməllərində şübhəli olduqlarını vurğulasa da, Şvabe cəfəng iddialarında israrlı olmaqdan usanmır.

Bu vəziyyəti beynəlxalq səviyyədə Azərbaycan haqqında mənfi təsir yaratmaq üçün istifadə edilən bir strategiyanın tərkib hissəsi kimi qəbul etmək lazımdır. Şvabe və onun tərəfdarları Azərbaycanın daxili işlərinə müdaxilə etməklə, ölkənin beynəlxalq imicini zədələməyə çalışırlar. Bu, COP29 kimi qlobal əhəmiyyətli bir tədbir ərəfəsində ölkənin beynəlxalq müstəvidəki mövqeyini zəiflətmək məqsədini güdür.

COP29 sammiti, qlobal iqlim dəyişikliyi və ekoloji məsələlərdə ciddi irəliləyişlərin əldə olunması üçün bir platforma təqdim edir. Lakin belə bir tədbirin əvvəlində Azərbaycana qarşı yönəldilmiş qərəzli siyasi hücumlar, beynəlxalq aləmdə ölkənin mövqeyini zəiflətmək və onun qlobal müstəvidəki rolunu kölgədə qoymaq məqsədini güdür. Bu cür hücumlar, həqiqətən də, ölkənin mövcud siyasi vəziyyətinə uyğun gəlməyən qeyri-obyektiv təzyiqləri əks etdirir.

Şvabenin sayıqlamalarını Qərbin xristian səlibçilik siyasətinin və İslamofob mahiyyətinin tərkib hissəsi saymaq olar. Çünki Qərb siyasətinin xristian səlibçilik və İslamofob mahiyyəti uzun müddət tarixdə və müasir dövrdə müşahidə olunan bir tendensiyadır.

Qeyd etmək yerinə düşər ki, Qərbin Azərbaycana qarşı qərəzli siyasəti, Azərbaycanın Avropa Şurasını tərk etmə ehtimalını gündəmə gətirir. Belə bir addım Azərbaycanın müstəqil siyasətini gücləndirmək və ölkənin milli maraqlarını qorumaq məqsədini güdür. Əgər Azərbaycan Avropa Şurasını tərk edərsə, bu yalnız regional siyasi balansı deyil, həm də Avropa institutlarının nüfuzuna mənfi təsir edə bilər. Belə bir vəziyyətdə anlaşılan odur ki, Avropa Şurası Azərbaycanın strateji əhəmiyyəti dərk etmək üçün obyektivlik hissini itirib. Bu qərəz də Avropa Şurasının regional və beynəlxalq səviyyədə təsirinin daha da azalmasına səbəb olacaq. Azərbaycan isə öz suverenliyini və müstəqil siyasətini daha da möhkəmləndirərək, qlobal arenada daha sərbəst mövqe tutacaq. Bir sözlə, itirən Azərbaycan deyil, Avropa Şurası olacaq.

ABŞ və Qərbi Avropa ölkələri bəzən Azərbaycan və bənzəri ölkələrdəki sabitliyi həzm edə bilmir. Bu hiddətlə köklənmiş ölkələr ölkələr geosiyasi və iqtisadi maraqlarını təmin etmək üçün regionda qarışıqlıq yaratmağı qarşılarına məqsəd qoyur. Azərbaycan bu təzyiqlər qarşısında daha qətiyyətli dayandıqca həmin ölkələrin ehtirasları daha da coşur. ABŞ və Qərbi Avropa ölkələri anlamalıdır ki, bu vəziyyət həmçinin regionda qeyri-sabitliyə səbəb ola bilər. Lakin ABŞ-ın Yaxın Şərqdə yaratdığı xaos onu deməyə əsas verir ki, bu ölkələrin əsas siyasəti xaosdan qidalanmaq kimi zərərli davranışların üzərində qurulub.

Qərb ölkələrinin Azərbaycandakı “5-ci kolon”u uzun müddətdir ki, siyasi və sosial təsirini itirib. Demək olar ki, Qərbin “yemlədiyi” bu qruplar artıq sıradan çıxıb. Bu səbəbdən, qərb qüvvələri yeni simalar və təsir vasitələri axtarışındadır. Onlar müxtəlif üsullarla ara qarışdırmağa çalışır. Məqsəd cəmiyyətdə qeyri-sabitlik yaratmaq və öz siyasi maraqlarını irəlilətməkdir. Bu təşəbbüslər ölkənin daxili vəziyyətini daha da mürəkkəbləşdirmək məqsədini güdür.

Qərbin Cənubi Qafqazda yaratmaq istədiyi ən böyük təhlükələrdən biri də Ermənistanın silahlandırılmasıdır. Qərbin Ermənistanı silahlandırması bölgədə sabitliyi ciddi şəkildə təhdid edir. Silahların artması, həmçinin münaqişələrin genişlənmə riskini artıraraq, yerli əhaliyə əlavə təhlükə yaradır. Qərbin bu cür siyasəti, uzunmüddətli sülh və təhlükəsizlik üçün maneə törədir.

Fransanın Ermənistana silah satışı dəfələrlə Azərbaycan tərəfindən sülhün təhdid edilməsi təhlükəsi olaraq beynəlxalq münasibətlərdə müzakirə olunub. Fransanın Ermənistana silah göndərməsi regionda münaqişənin daha da qızışmasına və mülki insanlara təsir göstərə bilər. Silahlanma məsələsi xüsusən də münaqişə vəziyyətində olan regionlarda, mülki əhaliyə zərər vermə riskini artırır.

Fransa kimi ölkələr beynəlxalq hüquq çərçivəsində hərəkət etməli olduğu halda, silah satışını həyata keçirərkən mülki əhalinin təhlükəsizliyini nəzərə almır. Bu silahlandırma siyasəti, eyni zamanda, beynəlxalq diplomatiya və sülh danışıqları münaqişələrin həllini təhdid edir.

Qeyd edək ki, İsveç, Estoniya və Latviya səfirlərinin İsveçdən deport olunmuş Famil Xəlilovun ailəsini qəbul edib. Bu görüş Azərbaycanın daxili işlərinə müdaxilədir. Bu ölkələrin səfirlərinin bu davranışı ölkənin daxili məsələlərinə, xüsusilə də insan haqları və hüquqi prosedurlara qeyri-etik xarici təsirdir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyası (AŞPA) və digər Avropa strukturlarında qarşılaşdığı qərəzli mövqenin səbəbləri təhlil edərkən dövlətimizin yürütdüyü müstəqil siyasəti həzm edə bilməmək kompleksində axtarmaq lazımdır.
Beləliklə, Azərbaycanın beynəlxalq təşkilatlarda qarşılaşdığı tənqidlər və qərəzli mövqelər bir çox fərqli amillərin nəticəsidir. Bunun da təməlində ölkəmizi güclü və qüdrətli olmasına qarşı yaranan Qərb qısqanclılarını göz önünə gətirməliyik.

Nəsimi Ələsgərli

Seçilən
14
yenicag.az

1Mənbələr