Səudiyyə Ərəbistanında 16 yaşlı yeniyetmə üzərində dünyada ilk dəfə tam robot ürək nəqli həyata keçirilib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyata həkim Feras Xəlil rəhbərlik edib.
Prosedur uğurla həyata keçirilməzdən üç gün ərzində əvvəl yeddi dəfə təkrarlanıb.
Doktor Xəlil bu hadisəni "Saudi Vision 2030" proqramı çərçivəsində ölkə üçün tibbdə qlobal liderliyə doğru inqilabi sıçrayış adlandırıb.
Musavat.com