Ermənistanın Xilasetmə Xidmətinin Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinin təlimatçısı Artur Vardanyan ölkədə partlayışlarla bağlı vəziyyəti açıqlayıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bununla bağlı mətbuat konfransı keçirilib.
Belə ki, 31 avqust 2024-cü il tarixinə olan məlumata görə, Ermənistanda 34 partlayış baş verib. Bu, 9 nəfərin ölümünə səbəb olub: bütün ötən illə müqayisədə göstərici çoxdur (42 hadisə ilə 6 hadisə).
2023-cü ildə 53 itkiyə qarşı bu il 39 itki var, 2024-cü ildə isə 34 hadisədən 29-da (2023-cü ildə 30-da) qaz partlayışları baş verib.