AZ

Şəhidlərin məlumatlarının vikipediyadan silinməsinə görə AMEA CAVAB VERMƏLİDİR

Xəbər verdiyimiz kimi, müharibə illərində könüllü qruplar tərəfindən yaradılan 3 minə yaxın şəhid məqalələri azərbaycanlı vikipediyaçılar tərəfindən tamamilə silinib. Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər.Biz bu gün şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində ciddi işlərin həyata keçirilməsinə çalışırıq. Amma Qlobal vikipediya fondundan heç bir istək və məhdudiyyət olmadan illərdir məqaləsi olan şəhidlər silinib. Bu isə birbaşa azərbaycanlı vikipediyaçıların şəxsi təşəbbüsü əsasında olub. Bununla bağlı qanunvericilikə hansı tədbirlər görülməlidir?Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev deyib ki, şəhid adının əbədiləşdirilməsi, şəhid ailələrinə güzəştlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi var:"Biz hamımız qanunun tələblərinə hamımı hörmət etməli və ehtiramla yanaşmalıyıq. Şəhidləri qeyri- ensiklopedik şəxslər olaraq qəbul etmək hörmətsizlikdir və yanlış yanaşmadır. Bununla bağlı AMEA-nın dilçilik bölməsi və digər qurumlar öz münasibətini bildirməlidir. Bununla bağlı hər hansı normativ hüquqi aktın qəbul edilməsinə ehtiyac var. Eyni zamanda bu qanunun müddəalarına uyğun çıxış etməklə onların xatirəsini əbədiləşdirmək olar".Şəmsəddin Əliyevin sözlərinə görə, cinayət və inzibati qanunvericilikdə konkret olaraq belə hərəkətlərin hüquqi qiyməti yoxdur:"Burada şəhidlərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşənlərin adları aşağılanır. Məsələyə şərəf və ləyaqətin alçaldılması baxımından yanaşsaq Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə həmin şəxslər barəsində işlər aparmaq mümkündür. Əgər bu əməllər bilə-bilə edilibsə, həmin şəxslər məsuliyyətə cəlb edilə bilər. Amma məsələyə ümumi aspektdən yanaşdıqda, Cinayət Məcəlləsində bununla bağlı konkret bir müddəa yoxdur. Belə halların qarşısını almaq üçün həmin şəxslər ictimai qınağa məruz qalmalı, fəaliyyətləri isə məhdudlaşdırılmalıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
dia-az.info

1Mənbələr