AZ

Sergey Şoyqu Kim Çen Inla görüşüb

Rusiya Təhlükəsizlik Şurası: Şoyqu KXDR-ə səfəri zamanı Kim Çen Inla görüşüb...

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sentyabrın 13-də Pxenyana səfər edib və burada KXDR lideri Kim Çen Inla görüşüb.

Poliqon xəbər verir ki, bu barədə məlumat Rusiya Federasiyası Təhlükəsizlik Şurasının saytında dərc olunub.

“Sentyabrın 13-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi S.K.Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti Pxenyanda olub. Şoyqunu KXDR-in dövlət işləri üzrə sədri yoldaş Kim Çen In qəbul edib”, deyə məlumatda bildirilir.

Rusiya Təhlükəsizlik Şurasının məlumatında qeyd edilir ki, səfər zamanı ikitərəfli və beynəlxalq gündəlikdəki məsələlərin geniş spektri üzrə əsaslı fikir mübadiləsi aparılıb. Görüş prezident Vladimir Putinin iyunda Pxenyana dövlət səfəri zamanı əldə olunmuş razılaşmalara uyğun olaraq məxfi və dostluq şəraitində keçib.

Poliqon.info

Seçilən
47
24
poliqon.info

10Mənbələr