AZ

İlin ən şanslı 4 günü başladı: sevgi, iş, pul...

Astroloq Dinçer Günerin sözlərinə görə, bu gündən 4 önəmli gün başlayıb. Subaylar üçün sevgi, işsizlər üçün iş, kasıblar üçün pul, xəstələr üçün sağlamlıq vəd edilir.

Publika.az xəbər verir ki, Venera və Yupiter arasında üçbucaq şəklində bucaq olacaq.

Astroloq əlavə edib ki, bunun təsir müddəti 4 gündür:

“Romantik münasibətlərdə işlər çox yaxşı gedir. Bir müddət təhlillər aparmayın, çünki işlər təbii şəkildə gedir. Kainat heç bir şey etmədən sizə romantika, şanslı təsadüflər və böyük sürprizlər göndərir. Bu dövrdə insanlarla bir araya gəlmək sözün əsl mənasında bayramdır. Heç gözləmədiyiniz yerdən əlinizə pul gələcək. Uzun müddətdir yaşadığınız sağlamlıq problemi bir andaca yox olacaq. Hər şey sizin üçün çox gözəl olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
publika.az

1Mənbələr