AZ

Dilbəryanın avazı yaxşı gəlir: 1.2 milyon erməni Azərbaycana qayıtmalıdır

Ermənistanda xəstəlik səviyyəsinəı çatmış nağıllar ətrafında hay-küy davam edir. Tribunainfo.az xəbər verir ki, həmin nağıllardan daha birini “Birgə” Hərəkatının rəsmisi Narine Dilbaryan “danışıb”.
O deyib ki, Azərbaycandan ümumilikdə, guya, 1.2 milyon erməni “qaçqın” düşüb. “Biz hökumətdən bu məsələni gündəmə gətirməyi tələb edirik”.
Dilbaryan onu da deyib ki, ən vacib məsələlərdən biri də COP29 ərəfəsində Bakıda həbsdə olan terrorçuların qaytarılmasıdır. “Biz görürük ki, Ermənistan hökuməti bu istiqamətdə heç bir addım atmır”.
Hərəkat rəsmisinin iddiasına görə, “Azərbaycandan məcburi köçkün edilmiş 1 milyon 200 min yerli erməni”nin hüquqlarının müdafiəsi məsələsi Ermənistanın diplomatik gündəliyinə daxil edilməlidir.
P.S. Azərbaycanda tarixən 1.2 milyon erməni yaşamayıb. Hətta ölənləri də buraya əlavə etsək, belə bir rəqəmin alınması mümkün deyil. SSRİ dağılan ərəfədə Azərbaycanı tərk edən ermənilərin ümumi sayının isə 50 mindən çox olmadığı deyilir. Dilbaryan və onun ağlında olanların 1.2 milyon söhbətini haradan çıxardıqları da məlum deyil. Yenə də, xəstəlikləri baş qaldırıb və nağıllar aləmində yaşamaqdan imtina etmək fikrində deyillər.

Seçilən
88
1
tribunainfo.az

2Mənbələr