AZ

PSJ-dən Osimhenlə bağlı açıqlama

PSJ-nin idman direktoru Luis Kampos "Napoli"dən "Qalatasaray" klubuna keçən ulduz hücumçu Viktor Osimhenlə bağlı açıqlama verib.

 90deqiqe.Az xəbər verir ki, o, "AllezParis"ə Paris təmsilçisinin nigeriyalı üçün heç bir təklif etmədiyini bildirib.

"Osimhen bizim transfer siyahımızda olan oyunçulardan biri idi. Lakin sonda biz komandanın hücumçuları Qonzalo Ramos, Kolo Muani və Markos Asensiodan çox razı qaldıq.Osimhenin PSJ-yə niyə aşiq olduğunu başa düşürəm, çünki onu "Lill"ə gətirən mən olmuşam."

Xatırladaq ki, Viktor Osimhen sonda "Napoli"dən icarə əsasında "Qalatasaray"a transfer olunmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
90deqiqe.az

1Mənbələr