AZ

Sabahdan Bərdə-Xankəndi avtobusları istifadəyə verilir

Sentyabrın 14-dən etibarən Bərdə-Xankəndi müntəzəm avtobusları istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verilib. 
 
Belə ki, avtobuslar gün ərzində 2 dəfə olmaqla saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşəcək.  Xankəndi-Bərdə reysi üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib.
 
Vətəndaşlar bilet əldə etmək üçün "biletim.az” portalından istifadə edə biləcək. 

Biletləri portal üzərindən onlayn qaydada əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin alınması da mütləqdir.
 
Hazırda Xankəndində yaşayan şəxslərin sayı 3 min nəfərdir. 
 
Bir neçə gün sonra Qarabağ Universitetinin fəaliyyətə başlaması səbəbindən orada yaşayan əhalinin sayı daha da artacaq. 
 
Xankəndi 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal edildikdən sonra qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı olub. 

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən bura Rusiya sülhməramlılarının nəzarətinə keçib və sülhməramlı qüvvələrin mərkəzi qərargahı yerləşdirilib. 
 
Lokal antiterror tədbirləri nəticəsində sentyabrın 29-dan etibarədən şəhərdə Azərbaycan polisinin nəzarəti bərpa edilib. 

2023-cü il oktyabrın 15-də  Azərbaycan prezidenti İlham Əliyev Xankəndində  Dövlət Bayrağını qaldırıb.
 
Gülnar 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
anews.az

1Mənbələr