İsveç hökuməti daha çox immiqrantın öz ölkələrinə könüllü qayıtmasını təşviq etmək üçün böyük məbləğdə pul ödəməyi təklif edib.

İndex.az xəbər verir ki, plana görə, 2026-cı ildən etibarən vətəndaşlıq ölkələrinə qayıtmağı seçənlərə təxminən 30 min avro və ya 350 min İsveç kronu ödəniləcək.

Hazırda mühacir yetkinlərə 10 min kron, uşaqlara 5 min kron, ailə başına maksimum 40 min kron ödənilir ki, bu da 3 min 500 avrodur.

Təklifi dəstəkləyən ifrat sağçı İsveç Demokratlar partiyasından Lüdviq Asplinq bildirib ki, təklifdən daha çox insan xəbər tutsa və məbləğ artırılsa, geri qayıtmağa razı olanların sayı da artacaq.