Dmitri Kuleba Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermakı qıcıqlandırdığına görə Ukraynanın xarici işlər naziri vəzifəsini itirib.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Daha əvvəl Ali Radanın Avropaya inteqrasiya komitəsinin sədri İvanna Klimpuş-Tsinadze bildirib ki, Kulebanın Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri postunu tərk etməyə məcbur edilməsi müstəqil qərar deyil.
"Kuleba nazirliyə daha çox nəzarət etmək istəyən Zelenskinin ofisinin nüfuzlu rəhbəri Yermakı qıcıqlandırıb“- nəşr mənbələrə istinadən xəbər verir.
Musavat.com