AZ

Ronaldo bir milyarda çatdı: "Biz tarix yazdıq"

"Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo bütün sosial şəbəkələrdə abunəçilərinin ümumi sayının bir milyard nəfər olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, Ronaldo "Instagram", "Facebook", X, "YouTube", Çinin "KuaiShou" və "Wei" sosial şəbəkələrini nəzərə aldığını deyib. 

Futbolçu azarkeşlərinə təsirli mesaj verərək, bu məqsədinə onların köməyi ilə nail olduğunu bildirib.

"Biz tarix yazdıq - 1 milyard abunəçi! Bu, sadəcə bir rəqəm deyil - bu, bizim ortaq ehtirasımız, enerjimiz, oyuna olan sevgimizdir.

Madeyra küçələrindən tutmuş dünyanın ən böyük stadionlarına qədər mən həmişə ailəm və sizin üçün oynamışam və indi biz bir milyardıq və biz birlikdəyik. Hər addımımda, bütün eniş-yoxuşlarda yanımda olmusunuz. Bu yol bizim yolumuzdur və biz birlikdə göstərdik ki, əldə edə biləcəklərimizin həddi-hüdudu yoxdur.

Mənə inandığınız, dəstəyiniz və həyatımın bir parçası olduğunuz üçün təşəkkür edirəm. Ən yaxşısı hələ qarşıdadır və biz birlikdə mübarizə aparmağa, qalib gəlməyə və tarix yazmağa davam edəcəyik", deyə Ronaldo yazıb.

Nizami Bağırov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
qaynarinfo.az

1Mənbələr