AZ

Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Miкayıl Müşfiq küçəsinin İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinə qədər olan hissəsi üzrə aparıdığı təmir işlərini yekunlaşdırıb.

News365.az agentliyə istinadən xəbər verir ki, sözügedən hissəinin uzunluğu 810 metr, ortalama eni isə 20 metr təşkil edir.

Təmir işləri çərçivəsində küçənin sözügedən hissəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, frezlənmiş ərazi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Ardınca isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün aidiyyəti qurum tərəfindən üfüqi nişanlanma xətlərinin çəkilişi işləri yerinə yetirilib.

Küçənin sözügedən hissəsi müasir görkəmdə artıq vətəndaşların istifadəsindədir.

Seçilən
40
19
news365.az

10Mənbələr