AZ

Şanlıurfada mikroavtobus traktora çırpıldı: 12 yaralı

Şanlıurfanın Karaköprü rayonunda mikroavtobusun traktora çırpılması nəticəsində 12 nəfər xəsarət alıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 22 yaşlı Hüseyn Karataşın idarə etdiyi mikroavtobus Şanlıurfa-Bozova yolunun Tülmen rayonu yaxınlığında eyni istiqamətdə hərəkətdə olan 68 yaşlı Osman Bazın idarə etdiyi traktorun arxasına çırpılıb.

Qəzada mikroavtobus sürücüsü Karataş və eyni vasitədə olan 11 nəfər yaralanıb.

Yaralılar 112 Təcili Sağlamlıq qrupları tərəfindən şəhərdəki xəstəxanalara aparılıb.

Yaralananlardan Suriya əsilli Əli Məhəmmədin vəziyyətinin ağır olduğu bildirilib.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
qaziler.az

2Mənbələr