AZ

“Mastercard” kibertəhlükəsizlik şirkəti satın alacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Mastercard” şirkəti “Recorded Future” kibertəhlükəsizlik şirkətini satın alacaq.

Banco.az xəbər verir ki, ABŞ-ın maliyyə xidmətləri şirkəti “Mastercard” 2,65 milyard dollara “Recorded Future” kibertəhlükəsizlik şirkətini almaqla bağlı razılıq əldə edib.

Bu barədə “Mastercard”ın verdiyi açıqlamada deyilir.

Bildirilib ki, şirkət “Recorded Future”ı “Insight Partners”dən 2,65 milyard dollara almaq müqaviləsi ilə kibertəhlükəsizlik xidmətlərini genişləndirib.

Açıqlamada qeyd edilib ki, “Recorded Future”in 75 ölkədə, o cümlədən 45 ölkənin hökumətləri və “Fortune 100” şirkətlərinin yarısından çoxu da daxil olmaqla, 1900-dən çox müştərisi var.

Sözügedən razılaşmanın “Mastercard”ın şəxsiyyətin müəyyən edilməsi, fırıldaqçılığın qarşısının alınması, real vaxt rejimində qərarların qəbulu və kibertəhlükəsizlik xidmətlərinə töhfə verəcəyi vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
banco.az

1Mənbələr