AZ

Rusiyalı kişi yoldan keçən şəxsin barmağını dişləməsi nəticəsində ÖLDÜ

Sankt-Peterburqda bir nəfər yoldan keçən şəxsin dişləməsi nəticəsində ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Bildirilir ki, Sankt-Peterburq sakini Aleksey yoldan keçən şəxsin orta barmağını dişləməsi nəticəsində dünyasını dəyişib.

Dişləmə nəticəsində zərərçəkəndə kəskin iltihab yaranıb.

Hər şey Sankt-Peterburq sakininin başqa bir kişiyə irad bildirməsi və ona orta barmağını göstərməsi ilə başlayıb.

Buna cavab olaraq yoldan keçən qeyri-adekvat şəxs ona hücum edərək, onun barmağını dişləyib. 12 gündən sonra kişidə nekrotik infeksiya və kəskin iltihab başlayıb.

Həkimlər onun sağ qolunda nekrotizan infeksiya və kəskin iltihab diaqnozu qoyublar.

Aleksey əməliyyat zamanı dünyasını dəyişib. Onun 51 yaşı var idi.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
166
50
interpress.az

10Mənbələr