AZ

Stefan Dujarrik Qəzzadakı məktəbə edilən hücumu qiymətlndirdi

Birləşmiş Millətlər Təşkilatı İsrail ordusunun hücumuna məruz qalan məktəbdə "Həmas'' üzvlərinin olduğuna dair heç bir dəlil olmadığını açıqlayıb. 
BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
BMT Baş katibi Antonio Quterreşin BMT əməkdaşının öldürülməsinin qarşısını almaq üçün nə edəcəyi ilə bağlı sualı cavablandıran Stefan Dujarrik deyib:“Biz əməkdaşlarımızı qorumaq və Qəzza xalqının  ehtiyac duyduğu yardımı təmin etmək arasında balans yaratmağa çalışırıq”.
Stefan Dujarrik bunun üçün İsrail hökumətinin yüksək səviyyəli rəsmiləri ilə əlaqə saxladıqlarını ifadə edib.
İsrailin ''Nusayrat'' qaçqınlar düşərgəsindəki BMT məktəbində öldürülənlərin "Həmas'' üzvləri olduğuna dair iddialarına münasibət bildirən Stefan Dujarrik deyib:''Bu BMT əməkdaşlarının sığınacaq olaraq istifadə etdiyi məktəbdir. Məktəbdə ''Həmas'' üzvlərinin olduğuna dair heç bir dəlil yoxdur''.
Xatırladaq ki, İsrail ordusunun Qəzza zolağının mərkəzindəki ''Nusayrat'' qaçqınlar düşərgəsindəki məktəbə hücumu nəticəsində  BMT əməkdaşları da daxil olmaqla 18 nəfər ölüb, 18 nəfər yaralanıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
2
trt.net.tr

3Mənbələr