AZ

Səudiyyə Ərəbistanının iri şirkətlərinin nümayəndələri Azərbaycana gələcəkFOTO

Sentyabrın 30-da Səudiyyə Ərəbistanının 70-ə qədər iri şirkətinin nümayəndələri Azərbaycana səfər edəcək.

“İki sahil” İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu məsələ qurumun icraçı direktoru Yusif Abdullayevlə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşdə müzakirə edilib.

Görüşdə həmçinn sentyabrın 26-da Bakıda keçiriləcək Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası İqtisadi Forumu barədə müzakirələr aparılıb, iki ölkənin biznes dairələri arasında münasibətlərin intensivləşdirilməsinin vacibliyi qeyd olunub.

Y.Abdullayev iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından biznes dairələri arasında münasibətlərin intensivləşdirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsini təklif edib.

Səfir Azərbaycanla siyasi əlaqələr yüksək qiymətləndirərək iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

Görüşdə AZPROMO-nun krallığın şirkətləri ilə yerli sahibkarlar arasında əlaqələrin qurulmasına lazımi dəstək göstərəcəyi diqqətə çatdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
5
ikisahil.az

6Mənbələr