AZ

Ölkəyə turist axını 30 faizdən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1 748,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 34,5 faiz artaraq 307,2 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,5 faiz artaraq 67,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5 faiz artaraq 663,6 min nəfər olub.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 faizi hava, 23,2 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bununla yanaşı, 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 20,6 faiz artaraq 1458,6 min nəfər təşkil edib.

İrana gedən ölkə vətəndaşlarının sayı 36,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 16 faiz, Gürcüstana gedənlərin sayı 14,9 faiz, Türkiyəyə gedənlərin sayı 14,8 faiz artıb.

2024-cü ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,8 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
9
vergiler.az

10Mənbələr