AZ

Yaşıl enerji istehsalında müsbət dinamika var

2024-cü ilin yanvar-avqust ayları üzrə elektrik enerjisi göstəricilərinə dair operativ məlumatlara əsasən, ölkədə 19 235,4 milyon kVt·st elektrik enerjisi istehsal olunub.

Energetika Nazirliyinin məlumatına görə, 8 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 16 463,6 milyon kVt·st, SES-lərdə 2 138,4 milyon kVt·st, digər mənbələr üzrə isə 633,4 milyon kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 37,9 milyon kVt·st, günəş elektrik stansiyalarında 424,3 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 171,2 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1 531,1 milyon kVt·st) nisbətən 1 240,7 milyon kVt·st artaraq 2 771,8 milyon kVt·st təşkil edib. Hesabat dövründə elektrik enerjisinin ixracı 858,9 milyon kVt·st, idxalı isə 125,5 milyon kVt·st olub.

Qeyd edək ki, cari ilin avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 966,3 milyon kVt·st təşkil edib. Bu dövrdə elektrik enerjisinin ixracı 338,0 milyon kVt·st, idxalı isə 13,4 milyon kVt·st təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
4
vergiler.az

5Mənbələr