AZ

ÜST meymun çiçəyi virusuna qarşı ilk peyvəndi təsdiqlədi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi (mpox) virusuna qarşı ilkin peyvəndin "MVA-BN" olduğunu açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Qeyd edilib ki, "Bavarian Nordic" tərəfindən istehsal edilən "MVA-BN" peyvəndi ÜST-nin meymun çiçəyi virusuna qarşı seçilmiş peyvənd siyahısına əlavə edilib.

Açıqlamada ÜST yoluxma riski yüksək olan insanlar üçün "MVA-BN" peyvəndinin istifadəsini tövsiyə edib. Peyvənd 18 yaşdan yuxarı insanlara 4 həftə ara ilə 2 doza tətbiq oluna bilər.

 

Gözəl Həşimova

Seçilən
206
50
iqtisadiyyat.az

10Mənbələr