AZ

Tayfun ölkəni iflic etdi: 233 nəfər ölüb

Yerli mətbuatda yayılan xəbərlərə görə, Vyetnam Fəlakətin Qarşısının Alınması və Nəzarət Agentliyi Yagi tayfununun fəsadları ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, açıqlamada tayfunun törətdiyi fəlakətlər və qəzalar nəticəsində həyatını itirənlərin sayının 233-ə yüksəldiyi, 103 nəfərin hələ də itkin düşdüyü, 823 nəfərin yaralandığı bildirilib.

Vyetnam administrasiyası qasırğadan zərər çəkmiş bölgələrdə yardım və xilasetmə əməliyyatlarının aparılması üçün minlərlə hərbçi təyin edib və ölkənin şimalındakı sahilyanı şəhərlərdən 50 mindən çox insan təxliyə edilib.

Məryəm İlhamqızı

Seçilən
121
1
news24.az

3Mənbələr