AZ

"Volkswagen" yeni krossoveri üçün robot sürət qutusundan imtina etdi

Alman şirkəti "Volkswagen" yenilənmiş "Taos"u təqdim edib. 

Valyuta.az bu barədə Motor1.coma- istinadən xəbər verir.

Qeyd olunur ki, model yeni bamper və radiator barmaqlığına malikdir, LED faralar isə bütün versiyalar üçün standart avadanlığa çevrilib. Arxa tərəfdə "Taos" artıq tam eni arxa işığı və işıqlandırılmış loqoya malikdir. Rəng palitrasına "Bright Moss Green", "Monterey Blue Pearl" və "Monument Grey" çalarları əlavə edilib.

"Taos"un interyeri fərqli ön panelə malikdir. Səs izolyasiyası da yaxşılaşdırılıb, bitirmə materialları və rənglərinə yenidən baxılıb.

1,5 litrlik mühərrik yeni porşen halqaları, yanacaq injektorları və daha böyük intercooler aldı. Mühərrikin gücü 160-dan 176 at gücünə yüksəlib. Avtomobil artıq DSG robot sürət qutusu ilə təchiz edilməyəcək. Bütün versiyalar səkkiz pilləli avtomatik transmissiya ilə təchiz ediləcək.

Paşa Məmmədli

Seçilən
99
50
valyuta.az

10Mənbələr