AZ

“İstisu” dövlət standartı alıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) əməkdaşları “İstisu” mineral su zavodunun idarəetmə sistemi və laboratoriyalarının, o cümlədən istehsal edilən məhsullarının yerli və beynəlxalq standartların tələblərinə uyğunluğunu izləmək məqsədilə müəssisədə olublar. 

Bu barədə AZSTANDART-dan XQ-yə verilən məlumatda bildirilib ki, Azərbay­can Standartlaşdırma İnstitutunun ekspert­ləri laboratoriya şəraitində su qurğularının test edilməsi, ağır metalların sudan təmiz­lənməsi, təmizlənmiş suyun laboratoriya şəraitində yenidən yoxlanması, qablaşdırıl­ması, hazır məhsulun standartın tələblərinə uyğun şəraitdə saxlanılması və istehlakçı­ya çatdırılması prosesi ilə tanış olublar.

Sonda AZSTANDART “İstisu” mine­ral su zavodunun idarəetmə sistemlərini ISO 9001:2015 və ISO 22000:2018 yer­li və beynəlxalq standartların tələblərinə uyğun olaraq sertifikatlaşdırıb. Bununla “İstisu” mineral su zavodunun istehlakçı­ya təqdim etdiyi təbii mineral suyun AZS 216–2006 “İçməli təbii mineral sular. Ümumi texniki şərtlər” standartına uyğun şəkildə sertifikatlaşdırılması təmin olunub.

Seçilən
78
7
xalqqazeti.az

8Mənbələr