AZ

Tofiq Yaqublu ona qarşı açılan cinayət işini siyasi motivli adlandırıb

Sentyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalif siyasətçi Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmədə onun ifadəsi davam etdirilib.

O, bird aha ona qarşı ittiahamların uydurma oldiğunu deyib. Yaqublu ona qarşı açılan işi siyasi motivli adlandırıb. Dövlət ittihamçısı Yaqubludan viza almaqda ümumiyyətlə kiməsə kömək edib-etmədiyini soruşub.

“Əgər “viza düzəldə” bilsəydim, bunu ilk növbədə oğlum üçün edərdim”, - Yaqublu bildirib.

Vəkil Aqıl Layıc bildirib ki, müdafiə tərəfi zərərçəkmiş Elqan Hüseynovun real telefon nömrəsini müəyyənləşdirə bilib. Vəkilin sözlərinə görə, istintaq materiallarında göstərilən telefon  düzgün deyil. Vəkil vəsatət qaldırıb ki, mobil operatordan Yaqubluya guya  “viza üçün pul verildiyi” dövrə aid  Hüseynovun nömrəsinin antenn məlumatları istənilsin.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Növbəti məhkəmə iclası sentyabrın 27-nə təyin edilib.

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Tofiq Yaqublu bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.

Seçilən
14
1
bizimxeber.az

2Mənbələr