AZ

“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçını stadionda izləmək və Ağdam təmsilçisinə dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadır.
Yenisabah.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşləri əldə etdikləri vauçerləri oyun günü stadionun “Block 503” sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidir. Biletlərin qiyməti 80 AZN-dir.
Vauçerləri biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun.
Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.
Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-ı ilə Bakı vaxtı saat 23:00-da start götürəcək.

Seçilən
37
15
arantv.az

10Mənbələr