AZ

Polad Bülbüloğlu Rusiyada yüksək mükafata layiq görüldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Sankt-Peterburq şəhərində mədəniyyət və incəsənət sahəsində "Ermitaj" mükafatının təqdimetmə mərasimi baş tutub.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, təntənəli mərasim ikinci dəfədir ki, Qış Sarayının Müqəddəs Georgi zalında keçirilir.
Builki mükafatın laureatları Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, musiqiçi Polad Bülbüloğlu və Rusiyanın Xalq artisti, Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrının yaradıcısı və rəhbəri, Sankt-Peterburqun fəxri vətəndaşı Boris Eyfman olub. Mərasimdə Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun ifasında "Qorxma, mən səninləyəm" filmindən "Necə yaşadıq, döyüşərək" kompozisiyası səsləndirilib.
Qeyd edək ki, "Ermitaj" mükafatı mədəniyyət və incəsənət, mədəni irsin qorunması və beynəlxalq mədəni dialoqun möhkəmləndirilməsi sahəsində nailiyyətlərə görə Rusiyadan və xaricdən olan görkəmli mədəniyyət xadimlərinə verilir.
Mükafat Ermitajın məşhur eksponatı - Kolıvan vazasının kiçik nüsxəsi şəklindədir.
Seçilən
121
50
oxu.az

10Mənbələr