AZ

Vüsal İsgəndərlinin komandası “Pendikspor”a evdə uduzdu

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 5-ci turu çərçivəsində “Pendkspor”la qarşılaşıb.

“Boluspor” doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Bu, Bolu təmsilçisinin cari mövsümdəki 2-ci məğlubiyyətidir. Futbolçumuzun komandası digər oyunlarda 1 qələbə qazanıb və 2 heç-heçə edib.

İsgəndərli bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 17 matça çıxıb, fərqlənə bilməyib.

5 turdan sonra “Boluspor” 5 xalla 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Seçilən
26
1
arena.az

3Mənbələr