SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə şəhər ərazisində, marketlərin birinin qarşısında qeydə alınıb.
Məlumata görə, şəhər sakini, 22 yaşlı G.Süleymanova yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub.
Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.