AZ

Azarkeşlər Vinisiusu təhqir etdi, o isə...

"Real Sosyedad" azarkeşləri İspaniya La Liqasının 5-ci turunun oyununda (0:2) "Real"ın cinah oyunçusu Vinisius Junioru təhqir ediblər. Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb. Rəqib azarkeşləri Vinisiusa daha çox "axmaq" deyə qışqırıblar. Braziliyalı futbolçu 58-ci dəqiqədə penalti zərbəsini vurduqdan sonra barmağını dodaqlarına doğru qaldıraraq, rəqib azarkeşlərə daha düzgün davranmalı olduqlarını göstərib. Qeyd edək ki, Vinisius cari mövsüm bütün yarışlarda 6 matçda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 180 milyon avrodur.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
matc.az

1Mənbələr