Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) kitabından seçməVergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edlməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.Maddədə işəgötürən olan vergi ödəyicisinə iki tip maliyyə sanksiyasının tətbiq olunması nəzərdə tutulur:- Əmək müqaviləsi üzrə işəgötürənə;- “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etməli işçiləri mülki hüquqi xarakterli müqavilə üzrə işə cəlb edən vergi ödəyicisinə və ya vergi orqanında uçotda olan sifarişçiyə.İlk olaraq əmək müqaviləsi ilə bağlı bildirək ki, Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən, müəyyən dövlət qurumları istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.Mİsal 1. Vergi orqanı həyata keçirdiyi vergi nəzarəti tədbirləri nəticəsində işəgötürənin (vergi ödəyicisinin) 2 işçi üzrə əmək münasibətlərini rəsmiləşdirmədiyini aşkar edib. Bu halda vergi orqanı tərəfindən vergi ödəyicisinə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.Misalımızda əmək münasibətləri rəsmiləşdirilməyən şəxslərin sayı 2 nəfər olduğu üçün, vergi orqanı tərəfindən təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat yox, 4000 manat (2000 manat x 2 nəfər) məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.Mİsal 2. Vergi orqanı həyata keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edir ki, işçinin əmək haqqı elektron informasiya sistemində 350 manat qeyd olunub. Vergi orqanının araşdırması (izahatlar və s.) nəticəsində məlum olur ki, vergi ödəyicisi işçiyə əlavə olaraq 500 manat məbləğində rəsmiləşdirilməyən əmək haqqı verir.Vergi odəyicisi olan işəgötürən işçinin əmək haqqının müəyyən hissəsini rəsmiləşdirdiyinə görə işəgötürənə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməyəcək. Çünki işçi ilə bağlanılan əmək müqaviləsi müvafiq qaydada elektron informasiya sistemində qeydiyyatdan keçirilib. Bu halda Vergi Məcəlləsinin 58.2-ci maddəsinə uyğun olaraq verginin azadılması ilə bağlı maliyyə sanksiyası tətbiq ediləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta