AZ

Zelenskinin qələbə planında nələr var? - AÇIQLAMA

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Co Baydenlə görüşdə ona Ukraynanın qələbəsi planını təqdim etməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində deyib.

Zelenski qeyd edib ki, o, Baydenlə sülh sammitindən əvvəl Ukraynanın mövqeyini gücləndirmək barədə danışacaq:

"Çünki diplomatik qərarlar güclü olanda yaxşıdır. Əks halda Putin bu prosesdə iştirak belə etməyəcək. Hesab edirəm ki, başqa şəraitdə ruslar müharibəni dayandırmaqda maraqlı olmayacaqlar".

O bildirib ki, onun qələbə planına bir neçə məqam daxildir - dörd əsas və müharibədən sonra lazım olacaq bir məqam:

"Bu təhlükəsizliklə bağlıdır. Söhbət çox güclü hərbi dəstəkdən gedir, bu dəstək bizim üçün olmalıdır. Biz bu və ya digər amildən necə istifadə edəcəyimizə sərbəst qərar verməliyik". /bakivaxti.az/

Seçilən
86
50
turkustan.az

10Mənbələr