AZ

Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir

İcbari tibbi sığortanın tətbiq edildiyi TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin baş tibb bacıları üçün Ankara Universitetində “Tibb bacısı xidmətinin inkişafı” mövzusunda keçirilən təlim proqramı başa çatıb.

Təlim proqramının bağlanış mərasimində Türkiyə tərəfindən Ankara Universitetinin rektoru Necdet Ünüvar, Tibb bacıları fakültəsinin dekanı Ayfer Tezel, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Təhsil proyektləri üzrə koordinatoru Mustafa Haşim Polat, Azərbaycan tərəfindən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov iştirak ediblər. Qeyd edək ki, Zaur Əliyev və Vüqar Qurbanov tədbirə onlayn şəkildə qoşulublar.

Ankara Universitetinin rektoru qeyd edib ki, tibb bacıları üçün hazırladığımız 80 saatlıq təlim proqramı vasitəsilə Azərbaycanın səhiyyə mütəxəssislərinə Türkiyə təcrübəsini təqdim etməyə çalışdıq. O, iştirakçıların əldə etdikləri bilik və bacarıqları öz ölkələrindəki həmkarlarına ötürəcəyinə və bu istiqamətdə əməkdaşlığın davamlı olacağına əminliyini vurğulayıb.

Zaur Əliyev çıxışında bildirib ki, Agentlik tərəfindən tibbi xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədilə xidmətin keyfiyyətini və səmərəliliyini artırmaq istiqamətində mütəmadi tədbirlər görülür: “Tədbirlər əhalinin sağlamlığını qorumaq, sığorta hesabına tibbi xidmətlərin daha geniş əhali kütləsi tərəfindən istifadəsini təmin etmək və vətəndaş məmnunluğuna nail olmaq üçün həyata keçirilir. Ankara Universiteti ilə həyata keçirdiyimiz təlim proqramları da bu məqsədləri dəstəkləyərək icbari tibbi sığortanın effektiv tətbiqi və inkişafına yönəlib”.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
4
banco.az

5Mənbələr