AZ

Paytaxt klubu liderini itirdi

“Arsenal” İngiltərə Premyer Liqasının IV turunda “Tottenhem” üzərində səfər qələbəsi qazanıb – 1:0. Matc.az xəbər verir ki, “topçular” əvəzində bir aparıcı futbolçusunu itirib. Belə ki, yarımmüdafiəçi Bukayo Saka qarşılaşmanın sonlarında zədələnərək əvəzlənib. 86-cı dəqiqədə xəsarət alan London klubunun lideri mübarizəni davam etdirə bilməyib və meydanı tərk edib. Onun zədəsinin durumu tibbi müayinədən sonra müəyyənləşəcək. Qeyd edək ki, “Arsenal” sentyabrın 19-da Çempionlar Liqasının ilk matçında səfərdə “Atalanta” ilə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
matc.az

1Mənbələr