AZ

Avstriyada yağış səbəbindən iki bənd dağılıb, bəzi yaşayış məntəqələri su altında qalıb

Avstriyada güclü və uzun sürən yağışlar iki bəndin sıradan çıxmasına səbəb olub. Nəticədə bir sıra yaşayış məntəqələrini su basıb.

Bu barədə ORF yazıb.

Ekstremal hava şəraitindən ən çox Aşağı Avstriyanın zərər çəkdiyi qeyd edilir. Belə ki, şiddətli daşqınlar nəticəsində bütöv yaşayış məntəqələri su altında qalıb. Hələlik hava şəraiti pisləşməkdə davam edir.

“Fövqəladə hallar xidmətlərinin məlumatına görə, Qadersdorf və Pottenbrunn da daxil olmaqla bəndlər dağılıb və həmin ərazilərdən əhali təxliyə edilir ”, - nəşr yazır.

Aşağı Avstriyada xilasetmə işlərinə 10 minə yaxın təcili yardım xidmətinin əməkdaşı cəlb olunub. Onlar insanları damlardan xilas edir, evlərdən suyu çıxarır və yolları aşan ağaclardan təmizləyirlər.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
oxumeni.az

1Mənbələr