2024-cü ilin yanvar-avqust aylarında (8 ayda) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 30 milyard 995 milyon 424 min ABŞ dolları təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, o cümlədən, ixrac əməliyyatları üzrə 18 milyard 231 milyon 541 min ABŞ dolları, idxal əməliyyatları üzrə 12 milyard 763 milyon 883 min ABŞ dolları ticarət qeydə alınıb. Nəticədə 5 milyard 467 milyon 658 min ABŞ dolları müsbət saldo yaranıb.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 35 milyard 505 milyon 182 min ABŞ dolları, o cümlədən ixrac 24 milyard 354 milyon 572 min ABŞ dolları, idxal 11 milyard 150 milyon 610 min ABŞ dolları, saldo 13 milyard 203 milyon 962 min ABŞ dolları təşkil etmişdi.