AZ

Venesuelada 6 əcnəbi Maduroya sui-qəs cəhdinə görə həbs ediliblər

Venesuelada kəşfiyyat əməkdaşları ABŞ-ın maliyyələşdirdiyi iddia edilən sui-qəsddə iştirak etmək ehtimalına görə üç ABŞ vətəndaşını, iki ispan və bir Çexiya vətəndaşını həbs edib. Sui-qəsdin məqsədi prezident Nikolas Maduronu və onun hökumətinin bir neçə üzvünü öldürmək olub.

Bu barədə “Politico” məlumat yayıb.

“Qərb ölkələri Venesuelanın sərvətlərini ələ keçirməyə çalışırlar və biz hökumət olaraq sabitliyi pozmağa yönəlmiş istənilən cəhdlərə qətiyyətlə cavab verəcəyik”, - deyə Venesuelanın daxili işlər naziri Diosdado Kabello dövlət televiziyasında bildirib.

ABŞ Dövlət Departamenti üç Amerika vətəndaşının Venesuelada saxlanıldığını təsdiqləsə də, onların sui-qəsd cəhdi ilə hər hansı əlaqəsi olduğunu təkzib edib.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
oxumeni.az

1Mənbələr