AZ

Cubics həlləri ilə rəqəmsal transformasiya

(®) Cubics Technology Azərbaycanda Rəqəmsal Transformasiya sahəsində fəaliyyət göstərən lider şirkətlərdən biridir.

Cubics yerli şirkətlərin unikal tələblərini qarşılamaq üçün nəzərdə tutulmuş innovativ rəqəmsal həllər təklif edir. Bu həllər biznes proseslərinin səmərəli optimallaşdırılmasına, iş məhsuldarlığının artımına və rəqəmsal iqtisadiyyat mühitində rəqabətədavamlılığa imkan yaradır.

Ənənəvi, mürəkkəb və bahalı ERP sistemlərindən fərqli olaraq Cubics orta və iri müəssisələrin rəqəmsal transformasiyası üçün çox əlverişli həllər təqdim edir. Cubics Rəqəmsal Həlləri maliyyə, insan resursları, təchizat, müştəri bazası (CRM) və s. kimi geniş biznes bölümlərini əhatə edir, əməliyyatların kompleks şəkildə idarə edilməsi üçün inteqrasiya edilmiş platformanı özündə birləşdirir.

Cubics Technology portfelində 100-dən çox müştəri vardır. Bu da, öz növbəsində, şirkətin Azərbaycan Rəqəmsal Transformasiya sahəsi üçün nə qədər etibarlı tərəfdaş olduğunu əks etdirir. Cubics əsasən biznes sahibləri üçün nəzərdə tutulduğu üçün, onlara effektiv qərar qəbul etmək məqsədi ilə hazırlanmış rəqəmsal alətlər təklif edir. Şirkət həmçinin gələcəkdə də yerli müəssisələrə Rəqəmsal Transformasiya yolunda dəstək olmağı, onlara daha effektiv və məhsuldar rəqəmsal idarəetmə ilə təmin etməyi düşünür. Unikal və əlverişli Rəqəmsal Həllərin sayəsində, Cubics regionun texnoloji inkişafında əsas rol oynayır.

Ətraflı məlumat üçün: https://cubics.technology/az/

cubicstechnology cubics rəqəmsal transformasiya biznes proseslər optimallaşdırma
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
marja.az

1Mənbələr