AZ

Naxçıvanda 7 minə yaxın daşınmaz əmlaka çıxarış verilib

Naxçıvanda

Naxçıvan, 16 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 6988 mülkiyyət hüququ qeydiyyata alaraq çıxarışla təmin edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cari ilin ötən 8 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 2473-ü fərdi yaşayış evi, 2-si bağ evi, 1098-i mənzil, 2997-i torpaq sahəsi, 99-i qeyri-yaşayış binası, 296-i qeyri-yaşayış sahəsi, 22-i əmlak kompleksi, 1-i çoxmərtəbəli yaşayış binasıdır.

 

 

Seçilən
3
5
azertag.az

6Mənbələr