AZ

Azərbaycanda yeni dərs ili başlayıb

Bu gündən ölkənin bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatına görə, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üzrə 513 698 şagird təhsil alacaq. I sinifdə 46 098, IX sinifdə 44 223, X sinifdə 35 757, XI sinifdə 32 260, XII sinifdə 156 şagird oxuyacaq.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 45 201 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 216 beşyaşlının cəlb olunacaq.

Bu il ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.

Yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 29 400 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 830 tərbiyəçi-müəllim çalışacaq.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
9
oxumeni.az

10Mənbələr