Azərbaycan çempionatları tarixinin 14000-ci qolu vurulub. Matc.az xəbər verir ki, bu yubiley Misli Premyer Liqasının VI turunun “Sabah” – “Turan Tovuz” görüşünə (2:2) təsadüf edib. Matçdakı ikinci qol ölkə çempionatlarının 32 illik tarixinə 14000-ci kimi düşüb. Bu topun müəllifi qonaqların futbolçusu Roderik Miller olub. Yubiley qolu 33 mövsüm ərzində baş tutan 5762-ci oyuna təsadüf edib. Bu qarşılaşmalardan 278-i texniki nəticə ilə yekunlaşıb. 14002 qol 5484 matçda vurulub. Qeyd edək ki, ölkə çempionatlarının ilk qoluna Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta