AZ

Paris-İrəvan tandemi region üçün təhlükə yaradır

erməni mediasına istinadən xəbər verir ki, İrəvana rəsmi səfərə gəlmiş Frnsanın Xarici İşlər naziri Stefan Sejurne ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşdə belə vəd verib. Eyni zamanda, fransalı diplomat bunun Cənubi Qafqazda gərginliyin yaradılması məqsədi güdmədiyini bildirib.

“İki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq regionda eskalasiyaya yönəlməyib - heç kimin belə niyyəti yoxdur”, - Fransa XİN-in rəhbəri iddia edib.

İndiki Fransa hakimiyyətinin Azərbaycana qarşı düşmənçilik siyasətinin bariz nümunəsi kimi Sejurne erməni həmkarı ilə keçirdiyi birgə mətbuat konfrnasında Qarabağ bölgəsini könüllü tərk etmiş ermənilər üçün Parisin 29 milyon avro yardım ayıracağını da açıqlayıb.
Mirzoyan, öz növbəsində, vurğulayıb ki, İrəvan sülh sazişinin artıq razılaşdırılmış mətnini imzalamağa hazırdır.

“Ümumiləşdirərək deyim ki, biz sülh sazişini, Ermənistan və Azərbaycan arasında artıq razılaşdırılmış mətni – Almatı bəyannaməsinə əsasən iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıdığını nəzərdə tutan sazişi imzalamağa hazırıq. Bu sənəddə digər məsələlərlə yanaşı qeyd edilir ki, Ermənistanla Azərbaycan arasındakı sərhədlər SSRİ-nin dağılması dövründə mövcud olan sərhədlərdir”, - Mirzoyan bildirib.

Qeyd edək ki, Fransanın Xarici İşlər nazirinin “müdafiə və təhlükəsilik” sahəsində Paris-İrəvan əməkdaşlığının guya regionda eskalasiyanın yaradılmasına yönəlmədiyi barədə iddiası sözün əsl mənasında siyasi möhtəkirlikdir.

Belə ki, müstəqil siyasət yürüdən Azərbaycanın bütün müstəvilərdə qazandığı uğurlar nə Fransanın, nə də ki, onun daxil olduğu kollektiv Qərbin ürəyindəndir. Çünki, bu, onların Cənubi Qafqazdakı proseslərə müdaxilə və təsir imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Məhz bu baxımdan, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra kollektiv Qərbin Ermənistana hərbi-siyasi və maliyyə dəstəyi siyasətinin ön sıralarında gedən Paris İrəvanı müasir silahlarla təchiz etməyi sanki özünün müqəddəs borcu sayır.

Digər tərəfdən isə, kollektiv Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və ya ən azı İrəvanı Moskvanın təsir zonasından özünün nəzarət orbitinə keçirmək cəhdinə, şübhəsiz ki, Moskva biganə qalmayacaq. Bu kontekstdə yaşanan Qərb-Rusiya geosiyasi qarşıdurması Cənubi Qafqazda nəinki gərginliyin artmasına, hətta yeni müharibənin alovlanmasına ciddi zəmin yaradır.

Ən azı bu iki məqamı nəzərə aldıqda “müdafiə və təhlükəsizlik” sahəsində Fransa-Ermənistan əməkdaşlığının ciddi fəsadlar törədəcəyinə heç bitr şübhə qalmır.

Heç olmasa razılaşdırılmış müddəalar əsasında İrəvanın sülh sazişini imzalamağa hazır olduğu barədə Mirzoyanın dediklərinə gəlincə, Azərbaycan “yarımçıq” sülh müqaviləsi anlayışını qəbul etmir və erməni tərəfin belə bəyanatlarını siyasi spekulyasiya kimi qiymətləndirir. Bu maneənin aradan qaldırılmasının yeganə çıxış yolu Ermənistan Konstitusiyasının dəyişdirilməsi, daha doğrusu isə oradan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılmasıdır.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
14
1
azvision.az

2Mənbələr