AZ

Avropa İttifaqı fermerlərə avans ödənişlərini artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) üzv ölkələrdə fermerlərə verilən avans ödənişlərinin dərəcəsini artırıb.

Banco.az xəbər verir ki, Aİ Komissiyası üzv ölkələrin Ümumi Kənd Təsərrüfatı Siyasəti (CAP) çərçivəsində fermerlərinə daha yüksək ödənişlər etmək səlahiyyətinin olduğunu açıqlayıb.

Açıqlamada Aİ fermerlərinin xüsusilə son illərdə məhsuldarlığa təsir edən ekstremal hava hadisələri, Avropa maliyyə bazarlarında yüksək faiz dərəcələri, kənd təsərrüfatı məhsullarının və əmtəə qiymətlərinin yüksək olması kimi səbəblərdən likvidlik problemi yaşadığına diqqət çəkilib. Qeyd olunub ki, fermerlərə CAP fondlarından daha yüksək avanslar verilə bilər.

Açıqlamada xatırladılıb ki, normal şəraitdə fermerlər birbaşa ödənişlərinin 50 faizindən əvvəlcədən istifadə edə bilərlər. Bildirilib ki, bu nisbət oktyabrın 16-dan birbaşa ödənişlərin 70 faizinə çatdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
banco.az

1Mənbələr