AZ

Uşaq evinin I sinfə gedən uşaqlarını məktəbə Ahıllar evinin sakinləri aparıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərindən 7 nəfər uşaq bu gün birinci sinifə gedib.

 

I sinfə gedən uşaq evinin azyaşlı sakinlərini Agentliyin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan ahıllar müşayiət edərək məktəbə aparıblar. 

 

Ahıllar məktəbliləri ilk dərs günü münasibətilə təbrik edib, onlara gələcək məktəb həyatında uğurlar arzulayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
17
qht.az

10Mənbələr