AZ

Məktəbli şagird yoldaşını bıçaqlayıb

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Herbiand.az bildirir ki, hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin 11-ci sinif şagirdi R.Musayev şagird yoldaşı A.Həsənəliyevə bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A. Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub. Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R. Musayevin törətməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
3
herbiand.az

5Mənbələr