AZ

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - FOTOLAR

Formula 1 Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Yarışın qaliblərinə mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və “Qatar Airways”in Afrika üzrə vitse-prezidenti Hendrik Du Preez təqdim ediblər.

QHT.az xəbər verir ki, yarışda “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri birinci yeri tutaraq Azərbaycan Qran-Prisinin qalibi olub. Şarl Lekler (“Ferrari”) ikinci, Corc Rassell (“Mercedes”) isə üçüncü yeri tutub.

Yarış Azərbaycanın paytaxtı Bakı şəhərinin unikal küçə trasında keçirildi və milyonlarla izləyici tərəfindən maraqla izlənildi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
qht.az

1Mənbələr