AZ

Həlimə Kazımovanın məqaləsi xarici jurnalda çap olunub

 AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin elmi işçisi, Həlimə Kazımovanın Rusiyanın “СОВРЕМЕННАЯ НАУЧНАЯ МЫСЛЬ” Учредитель – АНО «Научно-исследовательский институт истории, экономики и права» (номер свидетельства ПИ № ФС 77 – 53101 от 07.03.2013 г.) jurnalında “1988-ci il Sumqayıt hadisələrinin Qarabağ münaqişəsinə təsiri (Rusiya tarixşünaslığının materialları əsasında)” adlı elmi məqaləsi çap olunmuşdur.
image-1 image-2
Məqalədə Rusiya tarixşünaslığı əsasında 1988-ci ilin fevralında Azərbaycanın Sumqayıt şəhərində erməni millətçi qruplarının təxribatı ilə baş vermiş hadisələr öz əksini tapmışdı. Rusiya tarixşünaslığında Cənubi Qafqazda baş vermiş hadisələr hər zaman diqqət mərkəzində olduğu üçün, regiondakı proseslər tədqiqatçıların araşdırmalarında böyük yer tutub. SSRİ-nin süqutu ərəfəsində Ermənistan və erməni millətçiləri Azərbaycana qarşı əsassız ərazi iddialarını regional və beynəlxalq səviyədə aktuallaşdırmaq üçün qeyri hüquqi vasitələrdən istifadə edirdilər. Nəticədə xalqları bir-birinə qarşı qoymaq üçün problemin həssas vəziyyətindən istifadə edən erməni təxribatçıları Sumqayıt hadisələrini öz istədikləri istiqamətə yönəltməyə müvəffəq oldular. Müəllif hadisələri birbaşa idarə edən bu qüvvələrin Sumqayıtdakı fəaliyyətləri, təxribatın baş tutması üçün bütün vasitələrdən istifadə etmələrini Rusiya müəlliflərinin tədqiqatları əsasında təhlil etmişdir. Volxonski M.A., Muxanov V.M., Qoryanin B.A, Sevastyanov N.A, Jiroxov M.A, Korobeynikov A.A, Maşkovtsev A.A, Pompeyev Y.A, Sazonov A.A., Ostrovski A.V., Lavrenov C., Popov İ., Kolesnikov L.F., Bobkov F.D., Kadırova S. Kozlov V., və bir sıra müəlliflər tədqiqaqtlarında Sumqayıt məsələsinə yer verərək dövrün siyasi vəziyyətini göstərmişdilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
veteninfo.az

2Mənbələr