"Mançester Siti"nin üzvü Rodri gələcəyi haqda danışıb.

Offsideplus.az xəbər verir ki, ispaniyalı "Real" keçib-keçməyəcəyinə aydınlıq gətirib:

“İndi İngiltərədəki hər şeydən razıyam. Dünyanın ən yaxşı klublarından birində oynayıram. Hələ üç ildir ki, buradayam. Vaxtı gələndə gələcəyi düşünəcəm. İspaniya mənim ölkəmdir. Madrid doğma şəhərimdir”.