AZ

Ana öz qızının vurduğu iynədən sonra vəfat edib? - VİDEO

Bakıda ananın öz qızının vurduğu iynədən sonra şoka düşərək vəfat etdiyi iddia edilir.

Day.Az xəbər verir ki. 71 yaşlı Sədaqət Zeynalabdin qızı Bayramova xəstə olduğu üçün öz övladı ona antibiotik iynəsi vurub. Bu zaman onun səhhəti daha da ağırlaşıb.Yaşlı qadın xəstəxanaya aparılarkən yolda keçinib.

Bu gün səhər yayılan bu xəbər eşidən hər kəsi dəhşətə gətirib.

Bəs məsələ nə qədər doğrudur? Bunu aydınlaşdırmaq üçün hadisənin baş verdiyi deyilən ünvanda olduq.

Mərhumun oğlanları kamera önündə müsahibə vemrək istəməsələr də, bildirdilər ki, əslində, yayılan məlumat həqiqəti əks etdirmir. Onların bildirdiyinə görə, anaları ürək çatışmazlığından vəfat edib. Sadəcə xəstəxanada anasının keçindiyini eşidən qızı başına döyərək, "axı mən sənin iynəni niyə gec vurdum" deyərək ağlayıb. Bunu eşidənlər isə belə şayiə yayıblar.

Məslə ilə bağlı DİN-dən bildirildi ki, işin istintaqı prokurorluqdadır.

Baş Prokurorluqdan isə "Xəzər Xəbər"ə bildirildi ki, hadisə ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

TƏBİB-dən isə bildirildi ki, xəstəxanaya qədər ölüm halı baş verib. Başqa hər hansı açıqlama verilmədi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaaterialı təqdim edir.

Seçilən
17
1
day.az

10Mənbələr