Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskinfin “Kontrabas” tamaşası ilə Rusiyanın Novorossiysk şəhərinə festivala yola düşür.
Kulis.az xəbər verir ki, "Teatr limanı" adlı 6-cı beynəlxalq festival 19-20 sentyabr tarixlərində baş tutacaq.
Sentyabrın 23-də Novorossiysk Dövlət Dram Teatrında nümayiş olunacaq səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti İrina Perlova, baş rol ifaçısı Əməkdar artist Şövqü Hüseynovdur.
Qocaman səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, daha doğrusu, onunhəyatda baxışını ehtiva edir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı. Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi kontrabasdır. Qəhrəmanımızın sevgilisi ilə dialoqu kontrabasla dialoq əvəz edir. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan birinci növbədə özü-özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.